SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBu rayonda 3 gün qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!
22 May 2024 13:33 | Baxış sayı: 526
Sabah Şəmkir rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli kəmərlərin birləşdirilməsi ilə bağlı mayın 23-də saat 10:00-dan mayın 25-dək (3 gün müddətində) işlər başa çatanadək “Şəmkir-1Əhali”, “Şəmkir-2 Sənaye”, “Çinarlı əhali”, “Çinarlı Sənaye”, “Əliyaqublu 1 və 2” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Şəmkir rayon mərkəzi daxil olmaqla, rayonun 2 qəsəbə və 14 kəndinin qaz təchizatında 3 gün müddətində müvəqqəti fasilə yaranacaq.