Bu qurumda maaşlar azaldıldı: ixtisarlar başladı
31 Yanvar 2024 17:01 | Baxış sayı: 751
Su İdmanı Sarayında işçilərin maaşları azaldılıb.
AJMEDİA.İNFO İqtisadiyyat.az-a istinadən xəbər verir ki, işçilərin əmək haqları 25-30% endirilib.
Qurumun bəzi əməkdaşları maaşlarının azaldılmasına etiraz olaraq işdən ayrılacaqlarını bildiriblər.
Faktı Su İdmanı Sarayının ictimaiyyətlə əlaqələr şöbəsindən təsdiq ediblər.