20 Aprel 2025
Bu qəsəbədə QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

Bu qəsəbədə QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

Bu qəsəbədə QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

02 Oktyabr 2024 10:39 | Baxış sayı: 342

Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, Qaradağ rayonu, Ələt qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə rayonun Ələt qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.