Bu ölkənin Baş naziri Tehranı İsrailə hücumdan çəkinməyə ÇAĞIRDI
13 Avqust 2024 11:59 | Baxış sayı: 460
Böyük Britaniyanın Baş naziri Kir Starmerlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
AJMEDİA.İNFO bu barədə İran mətbuatına istinadən xəbər verib.
Xəbərdə qeyd olunur ki, Böyük Britaniyanın Baş naziri Tehranı Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə hücum etməkdən çəkinməyə çağırıb.