SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBu ölkədən ŞOK QƏRAR: Quranın yandırılmasına İCAZƏ VERİLDİ
28 İyun 2023 10:51 | Baxış sayı: 624
İsveç qalmaqallı qərarı ilə yenidən gündəmə gəlib.
AJMEDİA.İNFO bildirir ki, İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.
Belə ki, İsveç mətbuatı aksiyanın yerli vaxtla saat 13:30-da baş verəcəyini yazıb. İki həftə əvvəl İsveç Ali Məhkəməsi isə Qurani-Kərimin yandırılmasının qarşısını alan təcrübənin hüquq pozuntusu olduğuna qərar verib.
Qeyd edək ki, İsveç iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə baş tutacaq NATO sammitinə hazırlaşır. Alyansa üzvlük üçün Türkiyənin təsdiqinə ehtiyacı olan İsveç növbəti dəfə təxribata ev sahibliyi edir.(Sfera.az)