20 Aprel 2025
Bu ölkədə rus dilində təhsil ləğv edildi

Bu ölkədə rus dilində təhsil ləğv edildi

Bu ölkədə rus dilində təhsil ləğv edildi

26 Avqust 2024 15:17 | Baxış sayı: 263

Estoniyada qarşıdan gələn tədris ilində uşaq bağçalarında və ibtidai sinifdə rus dilində tədris ləğv ediləcək.

Bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb:

"Yeni dərs ili Estoniya təhsil sistemi üçün tarixidir. Bu il Estoniya müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq bütün birinci siniflərdə eston dilində təhsil başlayacaq - ümumilikdə 15 000 şagird birinci sinfə gedəcək”, - deyə məlumatda bildirilib.

Hazırda Estoniyada əhalinin təxminən 25%-i rus dilində danışır. Uşaqların 9-cu sinfə qədər ana dilində təhsil almaq hüququ var. Orta məktəbdə məktəb fənlərinin 60%-dən çoxu dövlət dilində, 40%-ə yaxını isə rus dilində tədris olunur.