SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBu ölkədə qayınana təzə gəlinə 4 İL QULLUQ EDİR - MARAQLI ADƏT
09 Aprel 2024 10:05 | Baxış sayı: 510
Cənubi Sudanda Dinka adlanan maraqlı evlilik ənənəsi var.
AJMEDİA.İNFO Lent.az-a istinadən xəbər verir ki, kişi evlənəndə arvadı 4 il yemək bişirmir, ev işləri görmür.
Bu dövr yeni gəlin üçün "Anyuuc" (Səxavətli qarşılama) adlanır. Ər evinə düşən gəlin bu 4 il ərzində ailənin adət- ənənələrini, xarakterini dərindən öyrənir. Bu müddət ərzində gəlinə ərin anası, bacıları qulluq göstərirlər. Qısası yeni gəlinin 4 illik kraliyyət dövrü başlayır.
4 ildən sonra əri "Təat" adlı böyük məclis təşkil edir və yeni gəlinin evin əsl qadını elan olunması mərasiminə 3 inək və 5 keçi qurban edilir. Bu 4 il ərzində gəlin ər evini bəyənməsə, ərindən özünə qarşı kobudluq görsə ayrılıb rahatlıqla ata evinə gələ bilər. Yenidən ailə quran həmin qadın dul, boşanmış yox, subay hesab olunur.