İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlBu ölkədə ölüm hökmü ləğv edildi
01 Yanvar 2025 09:59 | Baxış sayı: 459
Zimbabvedə ölüm hökmü ləğv edilib.
AJMEDİA.İNFO xəbər verir ki, prezident Emmerson Mnanqavanın 31 dekabrda imzaladığı fərman yanvarın 1-də qüvvəyə minib. Barəsində ölüm hökmü çıxarılmış şəxslərin cəzaları ömürlük həbslə əvəzlənib.
Ölkədə ölüm hökmünün icrasına 2005-ci ildən moratorium qoyulsa da, məhkəmələr hökm çıxara bilirdi. Artıq bu gündən prokurorlar ölüm hökmü çıxarılmasını tələb edə, məhkəmələr isə bu cəzanı təyin edə bilməz.
2024-cü ilin yanvarına olan məlumata görə, ölkədə təxminən 60 nəfər barəsində ölüm hökmü çıxarılan şəxs var.//Unikal