İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
2 dəqiqə əvvəlBu ölkədə futbolçu oyun zamanı güllələndi
03 Fevral 2024 08:07 | Baxış sayı: 585
Boliviya millisinin keçmiş müdafiəçisi Serxio Xauregi Meksikada həvəskar futbol matçı zamanı qətlə yetirilib.
AJMEDİA.İNFO xəbər verir ki, 38 yaşlı veteran futbolçu su içmək üçün yan xəttə yaxınlaşıb. Bu vaxt naməlum şəxs onun yanına qaçaraq, odlu silahdan 6 dəfə atəş açaraq öldürüb.
Cinayətkarı hələlik tapmaq mümkün olmayıb.
Qeyd edək ki, Serxio Xauregi peşəkar karyerasını 2012-ci ildə başa vurub. Veteran futbolçu 2004-2005-ci illərdə Boliviya millisinin heyətində 13 oyun keçirib. YeniSabah