20 Aprel 2025
Bu ölkədə 7 bal gücündə zəlzələ oldu - Sunami XƏBƏRDARLIĞI EDİLDİ

Bu ölkədə 7 bal gücündə zəlzələ oldu - Sunami XƏBƏRDARLIĞI EDİLDİ

Bu ölkədə 7 bal gücündə zəlzələ oldu - Sunami XƏBƏRDARLIĞI EDİLDİ

06 Dekabr 2024 15:41 | Baxış sayı: 292

ABŞ-də 7 maqnitudada zəlzələ olub.

AJMEDİA.İNFO "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii hadisə Kaliforniya ştatında qeydə alınıb.

Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Kaliforniya sahillərində baş verən 7 bal gücündə zəlzələdən sonra ABŞ-də sunami xəbərdarlığı edilib.

NOAA Sunami Xəbərdarlığı Mərkəzinin məlumatına görə, xəbərdarlıq Kaliforniya və Oreqon ştatlarının sahil zolağının bəzi hissələri üçün qüvvədədir.