SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBu ölkə Ukraynaya maliyyə yardımını artırır
01 Mart 2025 13:00 | Baxış sayı: 457
Norveç Ukraynaya maliyyə yardımını artırmağı planlaşdırır.
AJMEDİA.İNFO xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe NRK ictimai televiziya kanalına müsahibəsində deyib.
“Bu gün deyə bilərəm ki, yaxın gələcəkdə biz Ukraynaya dəstəyi artırmaq üçün parlamentə təklif göndərəcəyik”, - baş nazir bildirib.
Qeyd edək ki, ötən ilin sonunda Norveç parlamenti 2025-ci ildə Ukraynaya hərbi və mülki dəstək üçün 35 milyard Norveç kronu (3,12 milyard ABŞ dolları) ayırmağa razılaşıb. Ümumilikdə Norveç 2023-2030-cu illər arasında bu məqsədlə 155 milyard kron xərcləməyi planlaşdırır.//axar.az