SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBu ölkə Rusiya ilə sərhəddə hasar TİKƏCƏK
17 Oktyabr 2023 10:39 | Baxış sayı: 584
Finlandiya 2024-cü ilin qışında Rusiya ilə sərhəddə hasarın tikintisinə başlayacaq.
AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiya Sərhəd Mühafizəsi yayıb.
Finlandiya hökuməti 2023-cü ildə hasarın tikintisi üçün 139 milyon avro ayırıb. Sərhədçilərin fikrincə, bu məbləğ təxminən 70 kilometr uzunluğunda səddin tikintisinə kifayət edəcək.
Bunun 52 kilometri sərnişin axını baxımından ən populyar sərhəd-keçid məntəqələrinin yerləşdiyi Finlandiyanın cənub-şərqində, səkkiz kilometri Şimali Kareliyada, beş kilometri isə Kainuu və Laplandiyada yerləşəcək.
Səlahiyyətlilər hələlik konkret tikinti sahələrinin adını çəkməyib. Bildirilib ki, torpaq mülkiyyətçiləri noyabr ayında əlavə bildirişlər alacaqlar.(Sfera.az)