SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBu ölkə də Qolodomoru soyqırımı kimi tanıdı
14 İyun 2023 01:05 | Baxış sayı: 599
Lüksemburqun Deputatlar Palatası çərşənbə axşamı 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnamə qəbul edib.
Bu haqda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter hesabında yayıb.
“Bu addım milyonlarla qurbana hörmət edir və tarixi ədaləti bərpa edir. Qolodomorun beynəlxalq aləmdə soyqırım kimi tanınması artmaqda davam edir”, o, qeyd edib.