20 Aprel 2025
Bu ölkə də dövlət qurumlarında "TikTok", "Instagram" və "Twitter"i QADAĞAN ETDİ

Bu ölkə də dövlət qurumlarında "TikTok", "Instagram" və "Twitter"i QADAĞAN ETDİ

Bu ölkə də dövlət qurumlarında "TikTok", "Instagram" və "Twitter"i QADAĞAN ETDİ

27 Mart 2023 07:03 | Baxış sayı: 488

Fransa dövlət qurumlarının kibertəhlükəsizliyini təmin etmək üçün bəzi yeni tədbirlər görüb. Beləki, dövlət tərəfindən istifadəyə verilən xidməti smartfonlarda "TikTok", "Twitter" və "Instagram" kimi “əyləncə” proqramlarından istifadə qadağandır.

AJMEDİA.İNFO-nun məlumatına görə, xidməti telefonlarda Fransanın dövlət işçiləri əyləncə proqramlarından istifadə edə bilməyəcəklər.

Qeyd etmək lazımdır ki, qadağa yalnız dövlət tərəfindən istifadəyə verilən xidməti cihazlar üçündür.