20 Aprel 2025
Bu müəssisələrdən heç nə ALMAYIN - FOTOLAR

Bu müəssisələrdən heç nə ALMAYIN - FOTOLAR

Bu müəssisələrdən heç nə ALMAYIN - FOTOLAR

03 İyun 2024 09:32 | Baxış sayı: 426

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən "Sərxanın dönəri" və Xocalı prospektində fəaliyyət göstərən "Balık-ekmek" ictimai iaşə müəssisələrində monitorinq keçirib, pozuntular aşkarlayıb.

Bu barədə AJMEDİA.İNFO-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, monitorinq zamanı çiy dönərin emalı prosesinin qanunvericiliyin tələblərinə uyğun olmayan və antisanitar şəkildə həyata keçirildiyi, qida məhsullarının təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı, temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl edilmədiyi, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.