Bu müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər - RƏSMİ
24 İyul 2023 11:12 | Baxış sayı: 617
Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçməyiblər. Dəyişikliyə əsasən, bu müddət 5 ildən 3 ilə endirilib.