SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlBu ixtisaslara tələbə qəbulu APARILMAYACAQ - SİYAHI
09 Avqust 2024 13:31 | Baxış sayı: 495
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2024‑cü il avqustun 9-dan 19-dək internet vasitəsilə aparılır.
AJMEDİA.İNFO xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, bəzi universitetlərdə ötən il qəbul aparılan bəzi ixtisaslara tələbə qəbulu olmayacaq.
Belə ki, Bakı Dövlət Universitetinin Qazax filialında informatika müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində materiallar mühəndisliyi (ingilis dilində), mühəndis fizikası (ingilis dilində), Bakı Mühəndislik Universitetində materiallar mühəndisliyi, ADA Universitetində elektrik və elektronika mühəndisliyi (ingilis dilində), Texnologiya və Sumqayıt Dövlət Universitetlərində isə mühəndis fizikası ixtisasları üzrə tələbə qəbulu aparılmayacaq.
Kooperasiya Universitetində isə kompüter mühəndisliyi ixtisasına tələbə qəbul edilməyəcək.
Qeyd edək ki, bu il I ixtisas qrupu üzrə 19 min 990, II ixtisas qrupunda 14 min 550, III ixtisas qrupunda 15 min 459, IV ixtisas qrupu üçün isə 4600 plan yeri ayrılıb.