SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlBu işçilər əlavə 100 manat PUL ALACAQ
09 Sentyabr 2024 20:30 | Baxış sayı: 381
Nazirlər Kabineti vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarını müəyyən edib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, vergi orqanlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan vəzifəli şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan vəzifəli şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat) miqdarında vəzifə maaşlarına əlavələr müəyyən edilib.
Maliyyələşdirmə məsələləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödəniləcək.
Qərar bu il yanvarın 1-dən tətbiq ediləcək.