SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBu il veriləcək fitrə zəkatının məbləği AÇIQLANDI
19 Aprel 2023 09:00 | Baxış sayı: 636
Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Qazılar Şurasının Fətvasında bildirilib.
Qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır:
“Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır”.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan (Fitr) bayramı aprelin 21-dir.