20 Aprel 2025
Bu il Azərbaycana 1,5 milyon əcnəbi gəlib

Bu il Azərbaycana 1,5 milyon əcnəbi gəlib

Bu il Azərbaycana 1,5 milyon əcnəbi gəlib

16 Avqust 2024 14:57 | Baxış sayı: 455

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1 milyon 502,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verib ki, gələnlərin 29,2%-i Rusiya, 16,5%-i Türkiyə, 9,3%-i Hindistan, 8,3%-i İran, 4,2%-i Səudiyyə Ərəbistanı, 4%-i Gürcüstan, 3,2%-i Qazaxıstan, 2,7%-i Pakistan, hər birindən 1,7% olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,5%-i Çin, hər birindən 1,3% faiz olmaqla Ukrayna və Küveyt, 1,2%-i Türkmənistan, hər birindən 1,1% olmaqla İsrail və Oman, 1%-i Belarus, 10,7%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,1%-ini kişilər, 32,9%-ini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan 2,3 dəfə, Çindən 2,1 dəfə, İspaniyadan 1,8 dəfə, Qazaxıstandan 1,8 dəfə, Qırğızıstandan 1,7 dəfə, Filippindən 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan 49,7%, Omandan 47%, İrandan 46,5%, Səudiyyə Ərəbistanından 42,8%, İtaliyadan 38,7%, Yəməndən 35,9% artıb.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75%-i hava, 23,8%-i dəmir yolu və avtomobil, 1,2%-i isə dəniz nəqliyyatından istifadə edib.

Teqlər:
Azərbaycan