SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəl"Bu halda, Tehrana hücumda dəstək gözləyirik" - Katz
16 Avqust 2024 12:44 | Baxış sayı: 499
”İran hücum edərsə, koalisiyanın təkcə müdafiədə deyil, həm də İrandakı əhəmiyyətli hədəflərə hücumda İsrailə qoşulmasını gözləyirik".
AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrael Katz ölkəsində səfərdə olan fransız və britaniyalı həmkarları ilə görüşdə deyib. O, İranın İsrailə zərbə endirəcəyi təqdirdə, müttəfiqlərdən Tehrana hücum etməkdə dəstək gözlədiyini deyib.
Katz İsraildə səfərdə olan baş diplomatlara ölkəsinin girovların azad edilməsi ilə bağlı razılaşmaya hazır olduğunu, lakin HAMAS-ın danışıqlar zamanı İranın hücumu ərəfəsində tələblərini sərtləşdirə biləcəyini vurğulayıb.