20 Aprel 2025
Bu halda mənzilə qaz verilməsi DAYANDIRILACAQ - DİQQƏT!

Bu halda mənzilə qaz verilməsi DAYANDIRILACAQ - DİQQƏT!

Bu halda mənzilə qaz verilməsi DAYANDIRILACAQ - DİQQƏT!

01 Mart 2024 09:32 | Baxış sayı: 605

“Müayinəyə şərait yaratmayan abonentlərin qaz təchizatı dayandırılacaq”.

AJMEDİA.İNFO Metbuat.az-a istinadən xəbər verir ki, bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.


“Abonentlər texniki müayinələr zaman qaz təssərüfat işçilərinə qapını açmadıqda mənzilin qaz təchizatı dayandırılacaq. Smart-kart tipli sayğaclarda isə bloklanma baş verəcəkdir”.

İlkin Behbudov qeyd edib ki, abonent istəyərsə, müayinə vaxtını qabaqcadan özünə uyğun olan bir vaxtla dəyişdirə bilər.