19 Aprel 2025
Bu gün saat 22:00-dan... - XƏBƏRDARLIQ!

Bu gün saat 22:00-dan... - XƏBƏRDARLIQ!

Bu gün saat 22:00-dan... - XƏBƏRDARLIQ!

02 Avqust 2023 08:03 | Baxış sayı: 634

Bu gün saat 22:00-dan sabah saat 05:00-a qədər Bakının Heydər Əliyev prospektinin 26,4-cü kilometrində "P" tipli istiqamətverici lövhələrin quraşdırılması işləri aparılacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.