SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBu gün iki rayonda işıq olmayacaq - XƏBƏRDARLIQ!
28 İyun 2024 12:57 | Baxış sayı: 372
Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə AJMEDİA.İNFO-ya “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda Ceyhun Hacıbəyli, Mirəli Qaşqay, Qulu Quliyev, Mirəsədulla Mirqasımov, Həsən Əliyev, Mövsüm Sənani, Mərdanovlar qardaşları, Nərimanov rayonunda isə Xan Şuşinski, Hənifə Ələsgərov küçələrində saat 16:30-dan saat 20:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Abonentlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” sözügedən ərazilərin işıqlandırılmasını təmin edən 35/6 Kv-luq 96 saylı yarımstansiyada əlavə gücləndirmə işləri həyata keçirir. Görülən işlər yekunlaşdırıldıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.