SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBu gün Fransa Yay Olimpiya oyunlarında daha iki idmançımız mübarizəni dayandırıblar
28 İyul 2024 09:51 | Baxış sayı: 787
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
AJMEDIA.INFO xəbər verir ki, cüdo yarışlarının ikinci günündə kişilər 66 kq, qadınlar 52 kq çəkidə mübarizə aparır.
Azərbaycan yığması hər iki kateqoriyada təmsil olunub. Yaşar Nəcəfov və Gültac Məmmədəliyeva Paris tatamisinə çıxlb və Olimpiadaya erkən vida ediblər.
Kişilər
66 kq
Yaşar Nəcəfov Olimpiadaya 1/16 finaldan başlayıb. Straxinya Bunçiçlə (Serbiya) güləşən cüdoçumuz vaza-ari xalı ilə məğlub olub.
Qadınlar
52 kq
Millimizin açılış mərasimindəki bayraqdarı Gültac Məmmədəliyeva 1/16 finalda qüvvəsini sınayıb. O, Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib və vaza-ari xalı ilə mərhələni rəqib adlayıb.
Qeyd edək ki, cüdo yığmamız Fransa paytaxtına 9 idmançı ilə yollanıb.