SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBu gün dəyərli və fəxr ediləsi oğullarından biri - Tural Tağızadənin 40 yaşı tamam olur
08 Fevral 2023 09:56 | Baxış sayı: 1041
Bu gün rayonumuzun dəyərli və fəxr ediləsi oğullarından biri - Tural Tağızadənin 40 yaşı tamam olur. Tural 08.02.1983-cü il tarixində Bakı şəhərində anadan olmasına baxmayaraq, kiçik yaşlarından Siyəzən şəhərində yaşayıb və burada təhsil alıb. Belə ki, 1989-1999-cu illər ərzində Siyəzən şəhər 2 saylı tam orta məktəbdə təhsil alıb. 1999-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub.
2003-cü ildə həmin məktəbi müvəfəqiyyətlə bitirərək, elə həmin ildə ixtisas artırma məqsədilə General Həzi Aslanov adına Təlim Tədris Mərkəzinə qəbul olunur və 2004-cü ilə qədər orada öz təhsilini davam etdirir. 2004-cü ildə ABŞ səfirliyinin təşkil etdiyi dil öyrənmə kurslarına qatılır.
Həmin kurslarda iştirak edən çox saylı zabitlər arasından yekunda imtahandan 40 nəfər seçilir. 40 nəfər iştirakçıdan isə 16 nəfəri kursları müvəfəqiyyətlə bitirir. Turalın adı da seçilmiş iştikçılar sırasında olur. Hərbi təyinatlar başlayır. Tural ilk təyinatı ön cəbhədə yerləşən N saylı hərbi hissəyə olur. 2006-cı ildə ABŞ səfirinin təşkil etdiyi daha bir kurslara qatılır. Kusrslar Keçmiş Zabitlər evində keçirilir və 2006-cı ildə imtahanlar zamanı Tural yüksək nəticə göstərərək, 136 iştirakçıdan cəmi 10 nəfərin keçə bildiyi siyahıda özünə yer edə bilir. Bunun müsbət sonluğu kimi Tural Tağızadəni ABŞ-na təhsili davam etdirməyə yollayırlar.
Orada təhsil aldığı müddət ərzində "Bolic2" , "Bolic3", "Airborne", "Preranger" təlimlərində iştirak edir. "Reyncer" təlimində iştirak edərkən isə dizlərindən zədələr alır və müalicə məqsədilə vətənə qayıtmalı olur. 2009-2013-cü illər ərzində ölkədə keçirilən Hərbçilərin Dünya Çempionatında məsul vəzifələrdə çalışır, müxtəlif tapşırıqlar yerinə yetirir. Daha sonra 2015-ci ildə səhhəti ilə bağlı ordu sıralarından təxris olunur. 2-ci qrup hərbi əlil, Prezident təqaüdçüsüdür.