20 Aprel 2025
Bu gün 15:00-dək... - Sakinlərin DİQQƏTİNƏ!

Bu gün 15:00-dək... - Sakinlərin DİQQƏTİNƏ!

Bu gün 15:00-dək... - Sakinlərin DİQQƏTİNƏ!

03 Fevral 2025 10:03 | Baxış sayı: 330

Suraxanıda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Zığ qəsəbəsini qidalandıran 1 və 2-ci hava xətlərinin bir hissəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar fevralın 3-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.