20 Aprel 2025
Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

20 Fevral 2025 15:50 | Baxış sayı: 249

Saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.

Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı və Abşeron yarımadasının bəzi ərazilərində arabir qar yağır.

Şahbuz, Şəmkir, Naftalan, Ceyrançöl, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şirvanda 16 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 4, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.