SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlBu ərazilərdə SU OLMAYACAQ - XƏBƏRDARLIQ!
25 Sentyabr 2024 10:24 | Baxış sayı: 356
Bu gün bəzi ərazilərdə suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə AJMEDİA.İNFO-ya Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Şollar” su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 24-dən 25-nə keçən gecədən 25 sentyabr saat 17:00-a qədər Abşeron rayonu, Çaylı, Aşağı Güzdək, Pirəkəşkül qəsəbələri, Qobustan rayonu, 28 May, Nübar, Hökməli, At yalı, Mexkolon ərazilərinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
Təmir işləri bitəndən sonra suyun əvvəlki rejimlə bərpası təmin olunacaq.