SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBu ərazilərdə su kəsiləcək - ƏHALİYƏ XƏBƏRDARLIQ!
06 Dekabr 2024 17:18 | Baxış sayı: 304
Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Bakının Yasamal rayonunun bir hissəsinə, eləcə də Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinə suyun verilməsində fasilə yaranacaq.
AJMEDİA.İNFO bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
"Təmir işlərinin bazar günü günü yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq. Bu müddətdə sakinlərə maşınlarla su veriləcək", - deyə məlumatda qeyd olunub.