SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlBu ərazilərdə QAZ OLMAYACAQ - Əhaliyə XƏBƏRDARLIQ
31 Oktyabr 2023 06:42 | Baxış sayı: 587
Şamaxı rayonunun bəzi kəndlərində üç gün müddətində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin birləşdirilməsi ilə əlaqədar noyabrın 1-3-də “Mədrəsə” Qaz Paylayıcı Stansiyalardan qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Şamaxı rayonunun Mədrəsə qəsəbəsinin, Adnalı, Kərkənc, Mirikənd, Məlikçobanlı, Çaylı, Qaravəlli, Sabirli, Çarhan, Quşçu, Məlcək, Kələxana, Göylər, Dağ Bağırlı, Nüydü və Yenikəndin qaz təchizatında müvəqqəti fasilə olacaq.