20 Aprel 2025
Bu ərazilərdə İŞIQ OLMAYACAQ - DİQQƏT!

Bu ərazilərdə İŞIQ OLMAYACAQ - DİQQƏT!

Bu ərazilərdə İŞIQ OLMAYACAQ - DİQQƏT!

04 İyul 2024 08:03 | Baxış sayı: 461

Bu gündən başlayaraq iyulun 15-nə qədər Lənkəran rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində növbəli şəkildə məhdudiyyət yaranacaq.

Bu barədə AJMEDİA.İNFO-ya "Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran rayon elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik hava xətləri ağac budanması ilə əlaqədar sifarişə əsasən açılacaq. Odur ki, rayonun Şirin Quyu, Ürgə, Səpnəkəran, Şıxakəran, Separadi, Parakənd, Girdəni, Havzova, Ləj kəndlərinə elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq.

Ağac budanması işləri yekunlaşdıqdan sonra kəndlər elektrik enerjisi ilə tam təmin olunacaq.