SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBu ərazidə İŞIQ OLMAYACAQ - DİQQƏT!
23 Avqust 2024 06:41 | Baxış sayı: 361
Xəzər rayonunun bir hissəsində işıq olmayacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Binə qəsəbəsinin bir sıra hissəsində hava veriliş xətlərində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar avqustun 23 və 26-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq ərazisi 2-ci yeni sahədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə tam təmin olunacaq.