20 Aprel 2025
Bu ərazidə 10 dərəcə şaxta var - FAKTİKİ HAVA

Bu ərazidə 10 dərəcə şaxta var - FAKTİKİ HAVA

Bu ərazidə 10 dərəcə şaxta var - FAKTİKİ HAVA

23 Yanvar 2025 10:23 | Baxış sayı: 213

Azərbaycan ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5, Quba, Qobustan, Kürdəmir, Sabirabad, Neftçala, Göyçay, Astarada 1 mm-dir.

Cənub-şərq küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şahdağda 20 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Xaltanda 16 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şamaxı, Xaltan, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.