20 Aprel 2025
"Bu dövlətlər İranla İsraili gizli danışıqlar masasına oturdub" - SENSASİON İDDİA

"Bu dövlətlər İranla İsraili gizli danışıqlar masasına oturdub" - SENSASİON İDDİA

"Bu dövlətlər İranla İsraili gizli danışıqlar masasına oturdub" - SENSASİON İDDİA

27 Mart 2023 07:49 | Baxış sayı: 473

“Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb. Bildirilib ki, danışıqlar Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçirilir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur:

“İranın Rusiya və Çinlə sıx əlaqələri mövcuddur. İsrail İran qədər Çin və Rusiya ilə tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqu var. Ona görə də Çin və Rusiya var gücləriylə İsraillə İranı müharibədən çəkindirmək istəyirlər. Bunun başlıca şərti İran nümayəndə heyətinin nüvə silahı əldə etməyi düşünmədikləri barədə İsrailin nümayəndə heyətini inandırmaqdır. Bu alınmasa, Çində danışıqlar nəticə verməyəcək”.

Ekspertin sözlərinə görə, İranın Səudiyyə Ərəbistanı və İsraillə dialoqunun perspektivi dumanlıdır:

“İranda mövcud olan rejimin istənilən an atacağı təxribatçı addım Tehranın Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərini yenidən gərginlik nöqtəsinə gətirəcək. Digər tərəfdən ABŞ Çinin və ya Rusiyanın vasitəçiliyi ilə İranın Səudiyyə Ərəbistanı və ya İsraillə barışmasının əleyhinədir. O, bu prosesə müxtəlif vasitələrlə mane olacaq”.