SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBu dövlət ərəb ölkələrini İsrailə qarşı BİRLƏŞMƏYƏ ÇAĞIRDI
24 Oktyabr 2023 14:00 | Baxış sayı: 636
Tunisin xarici işlər naziri Nabil Əmmar bildirib ki, İsrailin Qəzzaya hücumlarını dayandırmağın yolu ərəb ölkələrinin birliyi və daha çox koordinasiyasından keçir.
AJMEDİA.İNFO xəbər verir ki, Paytaxt Tunisdə Xarici İşlər Nazirliyində keçirilən toplantıda danışan Əmmar bildirib ki, Tunisisin Fələstin məsələsindəki mövqeyi, fikir ayrılıqlarından asılı olmayaraq bütün ərəb ölkələrinin mövqeyini və maraqlarını dəstəkləyəcək mövqedədir:
“Misir və İordaniyanın milli təhlükəsizliyi bizim üçün vacibdir və Tunis buna uyğun olaraq beynəlxalq arenada öz mövqeyini qoruyur. Qəzzadakı müharibənin həlli ərəb ölkələrinin birliyindədir. Ərəb ölkələri birlikdə hərəkət etməli və daha koordinasiyalı olmalıdırlar. Tunis olaraq biz digər ərəb ölkələri ilə fikir ayrılıqlarının dərinləşməsinə imkan vermirik”.
İsraili dəstəkləyən ölkələri tənqid edən Əmmar, Tunisin fələstinlilərin hüquqlarını dəstəklədiyini bildirib.