20 Aprel 2025
“Bu cihazları almayın. Təhlükədəsiniz!” – Texnoblogerdən ÇAĞIRIŞ

“Bu cihazları almayın. Təhlükədəsiniz!” – Texnoblogerdən ÇAĞIRIŞ

“Bu cihazları almayın. Təhlükədəsiniz!” – Texnoblogerdən ÇAĞIRIŞ

01 Avqust 2023 08:23 | Baxış sayı: 514

“Azərbaycana mənşəyi bəlli olmayan minlərlə saxta Çin istehsalı olan cihazlar daxil olur”.

AJMEDİA.İNFO bildirir ki, bunu tanınmış texnobloger Fərid Pərdəşünas deyib. Mütəxəssis xüsusilə valideynlərə xəbərdarlıq edib:

“30 manata satılan saxta “Apple Wach Ultra”lar, saxta “Airpods” qulaqlıqlar, ucuz planşetlər var və heç biri sertifikasiyadan keçməyib. Dəhşətlisi odur ki, bu planşetlər uşaqları hədəfləyir. Valideynlər ucuzdur deyə, bu cihazları alır, övladlarının başını qatır. Nə nəzarət var, nə də yoxlama. Bu cihazlar ölkəyə necə keçir? Satışına necə icazə verilir? Bu cihazların SAR dəyəri dəhşətlidir. Bu cihazlar potensial təhlükə mənbəyidir”.

F.Pərdəşünas bildirib ki, hazırda hiss olunmasa da, bu cür cihazların fəsadları bir neçə ilə görüləcək:

“Azərbaycanda dəhşətli saxta cihaz idxalı var. Bununla bağlı həyacan təbili çalınmalıdır. Görünüş üçün özünüzü aldadaraq bu cihazları almayın. Təhlükədəsiniz!”.