20 Aprel 2025
Bu bürclərlə gözübağlı evlənə bilərsiniz: Sadiq, anlayışlı olurlar...

Bu bürclərlə gözübağlı evlənə bilərsiniz: Sadiq, anlayışlı olurlar...

Bu bürclərlə gözübağlı evlənə bilərsiniz: Sadiq, anlayışlı olurlar...

08 May 2023 09:52 | Baxış sayı: 457

Bəzi insanlar münasibətdə xəyalpərəst, bəziləri isə səbirli, empatik və anlayışlıdırlar. Adətən bu cür insanların evlilik üçün mükəmməl olduğu deyilir. Astrologiyada isə bəzi bürclər həmişə həyatlarında olan şəxslərə dəyər verir, yaxşı həyat yoldaşı ola bilirlər.

AJMEDİA.İNFO bu dəfə həmin bürclərlə bağlı məlumatı təqdim edir.

Xərçəng bürcü - Qayğıkeş və mehribandırlar. Onlar ümumiyyətlə ailəcanlıdırlar və evdarlığa önəm verirlər. Bu bürcün nümayəndələri çox vaxt dəstəkləyici və sadiq həyat yoldaşlarıdır. Xərçənglər həmişə tərəfdaşlarını sevindirirlər.


Qız bürcü – Adətən etibarlı və praktik tərəfdaşlar olduğu deyilir. Onlar tərəfdaşlarının ehtiyaclarına diqqət yetirməyə meyllidirlər. Əksər vaxtlarda partnyorlarını xoşbəxt etmək üçün hər şeyi edirlər.


Tərəzi bürcü - Onlar diplomatik və ədalətli şəxsiyyətləri ilə tanınırlar. Münasibətlərində harmoniya və tarazlığı qiymətləndirirlər. Tez-tez güzəştə getmək və effektiv ünsiyyət qurmaqda bacarıqlıdırlar. Tərəzilər adətən anlayışlı tərəfdaşlar olurlar.


Əqrəb bürcü - Çox vaxt münasibətlərinə sadiq olurlar. Onlar partnyorlarını qorumağa meyllidirlər və qarşı tərəfə dəstək olmaq üçün lazım olan hər şeyi etməyə hazırdırlar.


Balıqlar bürcü – Qayğıkeş və həssasdırlar. Bu bürcün nümayəndələri emosional dəstək verməkdə bacarıqlıdır. Balıqlar sevgi dolu və romantik tərəfdaşlardır.

Qoç, Buğa, Əkizlər, Şir, Oxatan, Oğlaq və Dolça bürcləri isə evlilik məsələsinə şübhə ilə yanaşırlar. Onlar həyat yoldaşı kimi necə davranacaqlarını bilmirlər.(sfera.az)