SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBu Avropa ölkəsi Ukraynaya üç milyard dollar AYIRDI
02 Mart 2025 17:29 | Baxış sayı: 435
Böyük Britaniya müdafiə ehtiyacları üçün Ukraynaya 2,26 milyard funt-sterlinq və ya təxminən 3 milyard dollar kredit ayırıb.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı martın 1-də Ukraynanın maliyyə naziri Sergey Marçenko və Böyük Britaniyanın Maliyyə Nazirliyinin kansleri Reyçel Rivz müvafiq saziş imzalayıblar.
Qeyd olunur ki, imzalanma mərasimi onlayn rejimdə baş tutub. Tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Key Starmer iştirak ediblər.
Maliyyə Nazirliyi izah edib ki, vəsait ümumi həcmi 50 milyard dollar olan G7 ölkələrinin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) mexanizminin bir hissəsidir.