SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlBu 3 rayonda bir gün SU OLMAYACAQ - XƏBƏRDARLIQ!
04 Fevral 2025 16:56 | Baxış sayı: 285
Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, işlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq.
"Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək", - məlumatda qeyd edilib.