20 Aprel 2025
Britaniyalıların 50%-dən çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyib

Britaniyalıların 50%-dən çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyib

Britaniyalıların 50%-dən çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyib

16 Aprel 2023 16:58 | Baxış sayı: 502

Böyük Britaniya vətəndaşlarının əksəriyyəti hesab edir ki, Krallığın parlamentinə seçkilər vaxtından əvvəl - 2024-cü ilin payızında keçirilməlidir.

“TechneUK” sorğusuna əsasən, britaniyalıların təxminən 52%-i vaxtından əvvəl seçkilər ideyasını dəstəkləyib.

Qeyd olunub ki, erkən səsvermənin tərəfdarları arasından respondentlərin 25%-i israrla parlament seçkilərinin tez bir zamanda 2023-cü ildə keçirilməli olduğunu düşünür.

Bununla yanaşı, respondentlərin 28%-i əmindir ki, seçkilər təxirə salınmamalıdır, daha 20%-i isə hələlik öz mövqeyini müəyyən etməyib.

Sorğu müxalifətdəki Leyboristlər Partiyasının mövqelərinin gücləndiyini göstərir. Belə ki, seçicilərin təxminən 45%-i Leyboristlərin lideri Kir Starmerin Britaniyanın Baş naziri, mühafizəkar Rişi Sunakdan daha çox etimada layiq olduğu qənaətindədir.