20 Aprel 2025
Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırdı

Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırdı

Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırdı

13 İyun 2023 23:43 | Baxış sayı: 644

Birləşmiş Ekspedisiya Qüvvələrinin müdafiə nazirlərinin iclasında Böyük Britaniya hökumətinin nümayəndəsi Ukraynaya 92 milyon funt-sterlinqlik yeni hərbi yardım paketini açıqlayıb.

Bu barədə “SkyNews” məlumat yayıb.

Bildirilib ki, buraya hava hücumundan müdafiə və Ukrayna şəhər və kəndlərinin mühafizəsi üçün lazım olan avadanlıqlar daxildir. Avadanlıqlar, söz verildiyi kimi, yaxın aylarda Ukrayna Beynəlxalq Fondu vasitəsilə alınacaq.

Böyük Britaniya hökumətinin bəyanatında deyilir ki, bu avadanlıqlar Ukraynanın öz kritik milli infrastrukturunu, mülki əhalini və ordunu cəbhə xəttində müdafiə etmək qabiliyyətini artıracaq.