20 Aprel 2025
Britaniya Rusiya gəmilərini izləmək üçün Şimal dənizinə freqat göndərib

Britaniya Rusiya gəmilərini izləmək üçün Şimal dənizinə freqat göndərib

Britaniya Rusiya gəmilərini izləmək üçün Şimal dənizinə freqat göndərib

04 May 2023 21:21 | Baxış sayı: 593

Londan Böyük Britaniyaya çox yaxınlaşan Rusiya gəmilərini izləmək üçün gəmi əleyhinə raketlərlə təchiz olunmuş freqatı göndərib.

    Bu barədə müdafiə sahəsindəki mənbəyə istinadən “The Sun” nəşri məlumat yayıb.

    Nəşr qeyd edir ki, Britaniya Hərbi Dəniz Qüvvələri “Böyük Britaniya yaxınlığında təhlükəli şəkildə gizlənən” Rusiya armadasını izləmək üçün döyüş gəmisini yerləşdirib.

    “Type 23” freqatı Kral Çarlzın tacqoyma mərasimi ərəfəsində güc nümayişi keçirməyə cəhd edən nüvə silahına malik Rusiya hərbi gəmilərini izləmək üçün Şimal dənizinə gedib.