SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBraziliya İsveç qırıcılarını region ölkələrinə ixrac etməyi planlaşdırır
11 May 2023 05:00 | Baxış sayı: 602
Braziliya İsveç qırıcılarının Latın Amerikasının digər ölkələrinə ixracı üçün bazaya çevriləcək.
Bir müddət əvvəl Braziliya prezidenti Luiz İnasio Lula da Silva SAAB-ın “Gripen” qırıcı-bombardmançı təyyarələrinin istehsalı xəttinin açılışını edib.
İsveçin Mülki Müdafiə Naziri Karl-Oskar Bolin Braziliya aviasiya şirkəti (Embraer) və SAAB arasında tərəfdaşlığın İsveç şirkətinin Latın Amerikasında "böyük strateji əhəmiyyətə malik" hesab etdiyi regionda irəliləyiş üçün "fundamental" olacağını söyləyib.
Braziliyanın müdafiə naziri Joze Musio bildirib ki, 2013-cü ildə iki ölkə arasında imzalanmış müqavilə Braziliya Hərbi Hava Qüvvələri üçün 36 “Gripen” qırıcısının alınmasını, ikinci mərhələdə isə bu qırıcıların Latın Amerikasında region ölkələri üçün istehsalını nəzərdə tutur. .
"Bu, Braziliyanın müdafiə sənayesi üçün strateji layihədir" Musio bildirib.