SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBöyük Vətən müharibəsinin iştirakçısı VƏFAT ETDİ - FOTO
09 Oktyabr 2023 07:45 | Baxış sayı: 618
Böyük Vətən müharibəsi iştirakçısı Tofiq Hüseynov dünyasını dəyişib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 101 yaşlı veteran ötən gün vəfat edib.
Qeyd edək ki, Tofiq Paşa oğlu Hüseynov 1922-ci ilin fevral ayında Gəncə şəhərində anadan olub. 1941-ci ildə 19 yaşında ikən Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.