İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəl“Böyük Qayıdış”ın yeni ünvanı: Cəbrayıla köç başlayır - VİDEO
25 Yanvar 2024 06:54 | Baxış sayı: 609
Bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.
Məlumata görə, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.
Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.