20 Aprel 2025
"Boşanan kimi sizə xəbər edər!" - Aktrisadan SƏRT SÖZLƏR

"Boşanan kimi sizə xəbər edər!" - Aktrisadan SƏRT SÖZLƏR

"Boşanan kimi sizə xəbər edər!" - Aktrisadan SƏRT SÖZLƏR

21 Aprel 2023 10:45 | Baxış sayı: 500

Aktrisa Ülviyyə Xəlilbəyli sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

AJMEDİA.İNFO xəbər verir ki, Ülviyyə Xəlilbəyli İnstaqramda hekayə bölümündə şəbəkə izləyicisinin "Siz Murad İsmayıldan ayrıldınız?" sualına "Sosial media hesabını verəcəm, ayrılan kimi sizə xəbər edər. Allah ağıl versin", - deyə sərt reaksiya göstərib.

Aktrisa sevgidən də bəhs edib: "Sevgiyə həsr edilən musiqilər gündən-günə artsa da, həqiqi sevgilər saniyə-saniyə azalır. Artıq hər kəs öz xeyrini güdür. Saxtakar sevgilər gözümüzü yordu".

Qeyd edək ki, Ülviyyə Xəlilbəyli ilə Murad İsmayılın iki övladı var. Cütlük bir müddət əvvəl boşanma xəbərləri ilə gündəmdə idilər.