İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlBoris Vannikovun Bakıda ucaldılan büstü restavrasiya edilib
21 İyul 2024 12:20 | Baxış sayı: 605
“Magen David Azərbaycan”nın rəhbər heyəti və İsraildən gələn səlahiyyətli qonaqların iştirakı ilə üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun şərəfinə Bakıda, Səbail rayonunda ucaldılmış, yenidən restavrasiya edilmiş büstü ziyarət olunub.
Onu da qeyd edək ki, bir müddət əvvəl Vannikovun büstünün bərpaya ciddi ehtiyac olduğu haqqında məsələ qaldırılmış, müraciət olunmuş və aidiyyəti qurum tərəfindən bərpa edilmişdir.
Boris Vannikov Bakıda yəhudi neftçi ailəsində anadan olub.
Boris Lvoviç Vannikov - Sovet dövlət xadimi, 1945-1953-cü illərdə - SSRİ Xalq Komissarları Soveti (1946-cı ildən - Nazirlər Soveti yanında) yanında Birinci Baş İdarəsinin rəisi (nüvə silahı istehsalının təşkili). Üç dəfə Sosialist Əməyi Qəhrəmanı (1942, 1949, 1954), iki dəfə Dövlət Mükafatı laureatı (1951, 1953). Mühəndis-texniki xidmət general-polkovniki (1944).