İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlBorel Avropa donanmalarını Tayvan boğazında patrul həyata keçirməyə çağırıb
23 Aprel 2023 12:30 | Baxış sayı: 600
Avropa İttifaqına üzv ölkələrin donanmaları Tayvan boğazında patrul etməlidir.
Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borel "Le Journal du Dimanche" qəzetinə müsahibəsində bildirib.
“Avropa ölkələri bizə iqtisadi, kommersiya və texnoloji cəhətdən əhəmiyyət kəsb edən ərazidə fəal olmalıdır. Avropanın naviqasiya azadlığına sadiqliyi öz təsdiqini tapmalıdır", - Borel vurğulayıb.
Bununla belə, o deyib ki, regionda ayıq-sayıqlığı qorumaq və təxribatlardan qaçmaq lazımdır.
Xatırladaq ki, Tayvan ətrafında gərginlik ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin 2-3 avqust 2022-ci il tarixlərində Taybeyə səfərindən sonra artıb.