20 Aprel 2025
"Bolt"un "uçan taksisi"nin sürücüsünün ayağında elektron qolbaq var imiş...

"Bolt"un "uçan taksisi"nin sürücüsünün ayağında elektron qolbaq var imiş...

"Bolt"un "uçan taksisi"nin sürücüsünün ayağında elektron qolbaq var imiş...

11 Aprel 2025 11:14 | Baxış sayı: 388

Ötən gün Bakıda "BYD" markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.


AJMEDİA.İNFO bildirir ki, "Qafqazinfo" qəzaya səbəb olan avtomobilin sürücüsü ilə bağlı bəzi məlumatları əldə edib.


Əldə etdiyimiz məlumata görə, "BYD" markalı avtomobilin sürücüsünün ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb.


O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçərək idarə edib.


Qeyd edək ki, bu cür hallar "Bolt" şirkətində tez-tez rast gəlinir. Belə ki, bir çox hallarda sərnişinlər taksi sifariş edərkən tətbiqdə göstərilən avtomobil və sürücü ilə rastlaşmırlar ki, bu da bir sıra narazılığa səbəb olub.


Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.